Türk qırıcıları PKK RƏHBƏRLƏRİNİN TOPLANTISINI VURDU: ARALARINDA O ŞƏXS DƏ VAR

Baxış sayı:
1867

TSQ-nin İraqın şimalında nəzarət altına aldığı regionlardan 2300 terrorçunun Qəndilə qaçdığı öyrənilib. Zergələ bölgəsində 19 yüksək səviyyəli PKK rəhbərlərinin iclas keçirəcəyi məlumatı alındıqdan sonra, toplantının 40-cı dəqiqəsində toplantı məkanının havadan vurulduğu bildirilib.
 
Türk Silahlı Qüvvələrinin, (TSQ) terror təşkilatı PKK-nın baş qərargahı olan Qəndilə qarşı hava əməliyyatları son 72 saatda intensivləşib.
Yerli qaynaqlar, dünən gecə baş verən hava əməliyyatında sinxron olaraq 12 strateji bölgənin vurulduğunu bildirib. TSQ-nin bölgədə nəzarət sahələri və təhlükəsizlik yollarının qurulmasına davam edildiyi qeyd edilib.
TSQ-nin əməliyyatlarla nəzarət altına aldığı Hakurk, Bermizə, Bradost, Lilkan və Kanireş bölgələrindən bu ana qədər 2300 terrorçunun Qəndilə çəkildiyi öyrənilib.
 
QAÇIŞ YOLLARI 24 SAAT İZLƏNİR
 
TSQ-nin nəzarət altında saxladığı bölgələrdən, terror təşkilatının Gocan ərazisindəki mövqeləri artilleriya ilə vurulub. Dünən gecə isə son 1 aydan bu yana ən böyük hava əməliyyatının Qəndilin Zergələ və Gocan bölgələrinə həyata keçirildiyi bildirilib. Xüsusilə əməliyyat sahələrindən qaçan PKK-lıların bu bölgələrdə yerləşməsi və bölgənin 24 saat izləndiyi qeyd edilib.
Bölgədən alınan məlumatlara görə, son əməliyyatda texniki sistem və yerli kəşfiyyat şəbəkəsi sayəsində PKK-nın 19 yüksək səviyyəli rəhbərliyinin Qəndilin Zergələ bölgəsində toplaşacaqları 7 saat əvvəldən öyrənilib. Təşkilat rəhbərlərinin təşkilatın bəzi məntəqələrini Qəndilin qərbindəki Sər Bamo dağına köçürülməsinə dair prosesi müzakirə etmək üçün toplaşdıqları və toplantının 40-cı dəqiqəsində bombalandığı öyrənilib.
Yerli qaynaqlar, aralarında KCK həmsədri Besi Hozat-ın da olduğu 7 yüksək səviyyəli terror təşkilat rəhbərinin yaralandığını bildirib. Bəzi terror rəhbərlərindən ümumiyyətlə xəbər alınmadığı qeyd edilib. Digər tərəfdən, Türk reaktivlərinin, 12 və 15 iyundakı hava hərəkatlarında Qəndildə 61 terrorçunu məhv etdiyi yerli mənbələrdən təsdiq edilib.
Müxalifət.az