Türk qırıcıları hücuma keçdi: QARA BOMBALANDI
4-10-2017 12:21

Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr Şimali İraqın Qara bölgəsində əməliyyat keçirib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bölgədə PKK hədəflərini bombardman edən Türkiyə əsgəri terrorçuların silah anbarlarını, sığınacaqlarını məhv edib.
Türkiyə Baş Qərargahı bölgədə PKK düşərgələrinə qarşı əməliyyatın davam edəcəyini açıqlayıb.