​Türk ordusu Afrində sürətlə irəliləyir: Mərkəzə 5 km qaldı

Baxış sayı:
5455

Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzinə doğru irəliləməyə davam edib və daha 3 kənd terrorçulardan azad edilib.
Mazrea, Maariski və Kifirmis kəndləri terrorçulardan təmizlənib.
Məlumata görə, son olaraq Mazrea kəndinin azad edilməsindən sonra Afrinin mərkəzinə təxminən 5 kilometr məsafə qalıb.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.