Türk nazirdən ABŞ-a sərt çıxış: “Sizə xərac verməyəcəyik”

Baxış sayı:
11320

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 7 Bölgə 7 Rəng Mədəniyyət Sənət Festivalının açılışında çıxış edərək ABŞ-a mesaj göndərib.
 
Soylu etdiyi çıxışda bunları söyləyib:
"Bizdən xərac almaq istəyirlər. Hər 20 ildə bir, hər 10 ildə bir, 200 faiz devalvasiya ilə pulumuzun 250 faiz dəyər itirməsiylə birlikdə bizdən xərac almaq istəyirlər. 1980-ci illərin əvvəlində Türkiyənin iqtisadiyyatını çətinə salaraq bunu etdilər. 28 fevral çevrilişi öncəsi də Türkiyənin iqtisadiyyatını çətinə salaraq bunu etdilər. İndi eyni təxribatı tətbiq edirlər. “Gəzinti” hadisələrində, 17- 25 dekabr çevrilişindən, 6-7 oktyabr hadisələrindən, 15 iyul çevrilişindən bir nəticə ala bilmədiklərindən, indi Amerikanın planlaşdırılmış hücumuyla birlikdə bizə deyirlər ki, bizə xərac verəcəksiniz. Bizdə yalnız onların hücumlarına illərdən bəri müqavimət göstəririk. Amma iki ildir bütün iqtisadi hücumlarına müqavimət göstəririk. Və müqavimətimizdə də bunları söyləyirik. Azanlar şahiddir, bu minarələrin kölgəsi şahiddir, sizə xərac verən bir Türkiyə olmayacağıq".
Müxalifət.az