Türk nazir dağlarda qalan terrorçu sayını açıqladı

Baxış sayı:
12565

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Diyarbəkirin Ergani rayonunda təşkil olunan mitinqdə xalqa müraciət edib.
 
Partiyasının bələdiyyə namizədlərinə dəstək istəyən nazir Soylu bu sözləri deyib:
“Nə vaxt başımızı qaldırdıqsa, başımıza vurdular. Terror təşkilatının ağuşuna çəkmək istədilər. Terror təşkilatıyla birlikdə yoxsulluğa məhkum etməyə çalışdılar. 13- 14 yaşlı qızlarımızı o terrorçubaşı Murad Karayılan dediyimiz heyvana, o Cəmil Bayık adlanan heyvanın masalarına çərəz kimi təqdim etmək istədilər. Biz hamımız böyük bir mədəniyyətin övladlarıyıq. Yandırdılar, hər tərəfi dağıtdılar.
Məscidlərə, idman zallarına, kilsələrə belə rəhm etmədilər. Bunların əqidəsi, ideyası, imanı, müqəddəsi, dəyərləri yoxdur. Bunlara üz verməyin. Bunlar bizi kökümüzdən, ailəmizdən ayırmağa çalışırlar.
Onsuz da CHP ilə də əkiz qardaş oldular. Kılıçdaroğlunun necə ayaq basdığı yerdə ot bitmirsə, bunların da ayağının dəydiyi yerdən xeyir gəlməz. Siz öz işinizə, gücünüzə baxın. Biz bunların işinə baxarıq.
 
DAĞLARDA 15 MİN TERRORÇU VARDI, 700 TERRORÇU QALDI
 
Dağlarda 15 min terrorçu var idi, 700-ü qaldı. Baharda onları da təmizləyəcəyik. Kimsənin sizə hakim olmasına imkan verməyəcəyik. Onlardan keçmiş nəsillərimizin itkisinin hesabını sorun. Terror təşkilatı robot kimidir, nə səlahiyyəti var, nə də bələdiyyə sədri. Oradan göstəriş verirlər, oradan idarə edirlər. Çinarlılar, bu seçkidə, bu PKK-nı boğazınızdan silin atın".
Müxalifət.az