Türk futbolçudan Almaniyada tarixi uğur: 15 matçda...
6-06-2019 23:03
Baxış sayı:
1762
Türk futbolçu Ozan Kabak Almaniya Bunqesliqasında "İlin gənc futbolçusu" seçilib.
Muxalifet.az xəbər verir ki, "Ştutqart"ın heyətində çıxış edən O.Kabak bu tarixi uğura cəmi 15 matçdan sonra nail olub.
Müdafiəçi bu oyunlarda 3 qol vurub.
Qeyd edək ki, Ozan Kabak "Ştutqart"a ilin əvvəlində "Qalatasaray"dan transfer olunmuşdu.