Türk diplomatına qarşı terrorun ortaya çıxardığı 2 sual

Baxış sayı:
12586

İraqın Ərbil şəhərində bir restorana təşkil edilən silahlı hücumda Türkiyənin Ərbil Baş Konsulluğunda vəzifəli bir diplomat şəhid oldu.
 
Yerli mediaya açıqlama verən hücumun reallaşdığı restoranın sahibi mülki geyimli və üzərində iki silah daşıyan təcavüzkarın konsulluq əməkdaşlarını hədəf alaraq atəş açdığını söyləyib.
Verilən məlumata əsasən, Türk konsulluq əməkdaşlarına yönəlik hücumun reallaşdığı restoran diplomatların tez-tez getdiyi bir məkan deyil.
Əldə edilən məlumatlara görə, konsulluq əməkdaşları İraqlı bir ailənin cənazəsinə başsağlığı ziyarətindən sonra restoranda əvvəlcədən planlaşdırılmamış şəkildə nahar etmək istəyiblər.
Hücumun planlaşdırılmamış nahar zamanı reallaşması Türk heyətinin ya texniki, ya da fiziki cəhətdən təqib olunduqlarını göstərir.
Hadisənin zamanlama baxımından bu şəkildə baş verməsi ortaya 2 sual çıxarır:
1. Bu hücumun pərdə arxasında, son dövrdə Türkiyənin regional Kürd Rəhbərliyi üzərindəki təsirini qırmaq məqsədi dura bilərmi?
 
2. Hücum olduqca peşəkar şəkildə reallaşdırılmışdır. Bu hücumun arxasında bölgədə çox gücləndirilən Amerikan xüsusi hərbi şirkəti (Blackwater) var?

Çünki hadisə PKK-ni da aşan bir mənzərəni ortaya qoyur və Türkiyəyə verilən mesaj xarakteri daşıyır. Bundan başqa, terror hadisəsini heç bir terror təşkilatı boynuna götürmədi.
Müxalifət.az