​Trampın yeni müşaviri SAVAŞ SİQNALI VERDİ: “Çin uzun müddətdir qaydalarla oynamır, sərt cavab almalıdır"

Baxış sayı:
3958

ABŞ Prezidenti Donald Trampın yenicə təyin etdiyi iqtisadi müşaviri Larri Kudvol mətbuata açıqlama verib.
O, Çinin ABŞ və digər ölkələrdən ticarət sahəsində sərt cavab haqq etdiyini deyib: “Çin uzun müddətdir ki, qaydalarla oynamır. Gömrük tariflərini sevməyən biri kimi deməliyəm ki, Çinə sərt cavab verilməlidir. Ümid edirəm ki, ölkələr arasında koalisiya qurulacaq və onlar Çinə qarşı hərəkətə keçəcək”.
Kudvol Trampın alüminium və polad idxalına tətbiq edəcəyi vergi məsələsinə də münasibət bildirib: “Fikrimcə bu, ABŞ iqtisadiyyatına heç bir zərər verməyəcək”.
O əlavə edib ki, ABŞ dolları güclü olduğu təqdirdə ölkə mükəmməl iqtisadiyyata sahib olacaq/Teleqraf.com.