Trampın rüsumları ABŞ-ı dünya ilə üz-üzə qoyur
17-06-2018 10:39
Baxış sayı:
1546

ABŞ Prezidenti Donald Trampın genişmiqyaslı ticarət müharibəsini başlatmaq təhdidi dünya iqtisadiyyatından ciddi neqativ nəticələrə səbəb olub. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. “ABŞ-ın müttəfiqləri və rəqiblərinə qarşı tətbiq etdiyi rüsumlar geniş cavab tədbirlərinə səbəb olur və dünya ticarətinə maneələr yaradır. Bu isə iqtisadi inkişafa mənfi təsir göstərə bilər. Konfliktin genişlənməsi nəticəsində bütün dünyadakı limanlar və hava limanlarının yük terminallarında tədarük yavaşlayır, kapital yatırımları azalır”, – qəzet iddia edib.