Trampın planı nədir? MÜHARİNƏ KOMANDASI QURUR

Baxış sayı:
3295

ABŞ prezidenti Tramp, bütün dünyaya meydan oxuyan "müharibə sənədlərinə” paralel bir “müharibə kabineti” qurur. Tillersonın yerinə İsrail tərəfdarı Mayk Pompeonu Xarici İşlər Nazirliyinə gətirən Tramp, Neoconların şahin adı verdiyi Con Boltonu da yeni milli təhlükəsizlik müşaviri edəcək.
 
ABŞ prezidenti Donald Trampın dünən Twitterdə bir mesajla Reks Tillersonı qovaraq, yerinə mühafizəkar qanadın hədsiz ucunu təmsil edən Mayk Pompeonu Xarici İşlər Nazirliyinə təyin etdi ki, bu da sərtlik tərəfdarı siyasətlərin qarşıdakı dövrə damğa vuracağına işarə oldu. Vaşinqton kulislərində dəyişikliyin Mayk Pompeo ilə məhdudlaşmayacağı, mövcud Milli Təhlükəsizlik müşaviri Herbert R. Makmasterın da ayın sonuna qədər vəzifəsindən ayrılacağı iddia olunur. Makmasterın yerinə isə "Yeni Amerikan Əsri Layihəsinin" öndə gələn şəxslərindən olan Neo-Con qanadın şahin adı verdiyi Con Boltonun gələcəyi bildirilir. Boltonun gəlişi ilə vəziyyət Trampın yeni bir müharibə kabineti formalaşdıracağı kimi qiymətləndirilir. Con Bolton, ABŞ-ın İran və Şimali Koreyaya müharibə elan etməsini istəmişdi. Digər tərəfdən, Mayk Pompeonun Xarici İşlər Nazi vəzifəsinə gətirilməsinin, Yaxın Şərqin çıbanbaşı ölkəsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sevinclə qarşılanması diqqət çəkib. ABŞ mediası son həftələrdə, BƏƏ lobbisinin Ağ Ev üzərində təzyiq yaradaraq Reks Tillersonı qovdurmağa və ABŞ xarici siyasətini BƏƏ-İsrail fonunda dizayn etməyə çalışdığına dair xəbərlər vermişdi. Tramp rəhbərliyi ötən il dekabr ayından bu günə üç müharibə sənədi dərc edib.
 
ABŞ DÜNYADA DAVA İSTƏYİR
 
Kipr Bahçeşehir Universitetinin dekanı Prof. Dr. Nurşin Ateşoğlu Cənubi ABŞ-dakı dəyişikliklərə münasibət bildirib:
“ABŞ-da hazırda uzun bir müddətdir idarəetmədə ciddi problem var. Kim gəlibsə, vəzifəyə gətirilənlər demək olar ki, hamısı vəzifədən alındı. Bu bir qeyri-sabitlik deməkdir. ABŞ-dakı idarəetmədəki pərakəndəlik bir tərəfdən də istifadə edilir. Dünənə qədər Trampın üstünə atılırdı bir çox məsələ və bunu bir bəhanə kimi istifadə edirdilər. Bu bir həqiqətdir, amma onun arxasında mən Trampın dərin Amerikaya təslim olduğunu düşünürəm. Öz hakimiyyətini davam etdirmək naminə qeyri-ixtiyari çıxışlar edir”.
Qazi Universiteti Beynəlxalq Əlaqələr üzrə müəllimi Professor Doktor Mehmet Seyfəddin Erol:
Amerikadakı bu dəyişiklik əslində müharibə komandasının yaradılmasının göstəricisidir. Neocon qrupun yenidən qayıdışı və prosesə hakim olmasıyla bərabər olaraq görürəm. Pompeonun arxa planı həm əsgər, həm də kəşfiyyatçı yönünə tam mənasilə ABŞ-ın çirkli planlarına və növbəti prosesdə nələr edə biləcəyinə işıq tutur. Ona görə bu şəxslərin verdikləri bir mesaj var ki, yeni Xarici İşlər Naziri diplomatiyadan çox silahlı qüvvələri və kəşfiyyat təşkilatı üzərindən hərəkət edəcəyini göstərdi. Beləliklə, ABŞ qismən diplomatiya qapısını bağladı və bu gün böyük bir müharibə istəyir. Tillersonın dövrəyə girməsiylə yaradılan üçlü mexanizmin da davam edəcəyini düşünürəm.
Müxalifət.az