“Trampın olmadığı dünyada yaşamaq istəyirəm” – QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
2509

Məşhur aktyor Robert De Niro etiraf edib ki, ABŞ lideri Donald Trampın olmadığı dünyada yaşamağı arzulayır. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bu barədə "Dünən" filminin premyarasında danışıb. Həmin filmdə təkcə baş qəhrəmanın "The Beatles" qrupunu xatırlaması, digər insanların isə həmişəlik olaraq onların musiqisini unutmasından bəhs edilir. De Niro bəyan edib ki, bunun indiki prezidentlə də baş verməsini istərdi. Qeyd edək ki, daha əvvəl də aktyor Trampdan xilas olmaq üçün çağırış etmişdi.