Trampın bu qərarı dünyanı SİLKƏLƏYƏCƏK: "Bu ölkəni işğal edəcəyik"

Baxış sayı:
5476

ABŞ prezidenti Donald Trampın sanksiyalar tətbiq etdiyi Venesuelanı işğal etməyi nəzərdən keçirdiyini, bunu müşavirlərinə qəbul etdirmək üçün irəli təkid etdiyi deyilir.
Muxalifet.az xəbər verir ki, bu barədə AP agentliyinə adının açıqlanmasını istəməyən ABŞ hökumətindəki vəzifəli şəxs danışıb. Məlumata görə, 2017-ci ilin avqustunda Venesuelaya qarşı sanksiyaların tətbiqi müzakirə olunduğu vaxt Tramp müşavirlərinə bu sualı verib:
"Venesuelanın darmadağın olub regional təhlükəsizliyi təhdid edərkən, niyə şad həll yoluna gedib bu ölkəni işğal etməyək?” 
Ancaq o dövrdə dövlət katibi işləmiş Reks Tillerson və milli təhlükəsizlik müşaviri H.R. Makmaster daxil iclasda iştirak edənlər Trampın bu təklif qarşısında çaşıblar. Müşavirlərin hər biri söz alıb hərbi müdaxilənin əks reaksiya verəcəyini və Venesuela prezidenti Nikolas Maduroya qarşı digər Latın Amerika ölkələrinin çətinliklə qazanılan dəstəyinin itiriləcəyini Trampa deyib.
Məsləhətlərə baxmayaraq, Tramp bu məsələdə israr edib. Tramp ABŞ-ın keçmişdə Panama və Qrenadanın işğalını uğurlu nümunə kimi gətirib. Müşavirlərinin səylərinə baxmayaraq, işğal fikrinin Trampın beynində ilişib qaldığını deyən mənbə Maduronu devirmək üçün işğal fikrinin hamının həyəcanına səbəb olduğunu deyib.
Tramp iclasdan sonra işğal fikrini Kolumbiya prezidenti Manuel Santosla da müzakirə edib. Məlumatı AP-ə danışan iki kolumbiyalı rəsmi şəxs təsdiqləyib.
Tramp məsələni hətta BMT Baş Assambleyasının fəaliyyət göstərdiyi vaxt Peru, Panama, Braziliya liderləri ilə müzakirə edib. Bu məlumat da ölkələrin prezidentləri tərəfindən təsdiqlənib və fevral ayında "Politico” jurnalında dərc olunub.
Hər bir liderə tək-tək "Hərbi həll yolu istəmədiyinizdən əminsinizmi?” sualı ünvanlayan Tramp hamıdan "Əminik” cavabı alıb. Braziliya prezidenti Santos isə Trampın bu addımı atacağı təqdirdə "sıfır dəstək” alacağını qeyd edib.
Ağ Ev xəbəri şərh etməsə də, ancaq ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi "ABŞ Venesuelada demokratiyanın yenidən təsisi və istiqrarın bərpa olunması üçün əlinin altındakı bütün imkanları nəzərdən keçirəcək” deyib.
Trampın təzyiqi ilə ABŞ, Kanada və Avropa İttifaqının Venesuelaya ağır sanksiyalar tətbiq etdiyini deyən Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkənin neft ehtiyatlarını ələ keçirmək üçün hərbi müdaxilə planlaşdırdığını bir daha deyib.
"Daim hazır olun, silahınızı bir an belə endirməyin, çünki ölkə tarixində ən böyük haqqımızı müdafiə edirik, sülh şəraitində yaşamağı” – paytaxt Karakasda hərbçilər qarşısında çıxış edən Maduro belə deyib.