Trampdan “Venesuela” açıqlaması: “Maduro vəzifədən getmədiyi təqdirdə..”

Baxış sayı:
3952

 Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Venesuela ilə bağlı, "Bir çox həll təklifi var. Bütün variantları nəzərdən keçiririk" deyib. Tramp Maduronun vəzifədən getmədiyi təqdirdə, ABŞ-ın bir çox ehtiyat planı olduğunu bildirib.
 
Venesuelada böyük bir xaos olduğunu ifadə edən Tramp, "Öz sərhədimizdən bu qədər yaxın bir ölkədə bunları görməkdən dolayı heç xoşbəxt deyiləm. Bu prosesin necə nəticələnəcəyini görəcəyik" deyə söyləyib.
Kolumbiyanın onlara çox yardımçı olduğunu qeyd edən Tramp, digər Latın Amerika ölkələrinin də Venesuelada bir dəyişiklik görmək istədiyini söyləyib.
Venesuelada xalqın aclıqdan ölmə vəziyyətinə gəldiyini qeyd edən Tramp, "Olduğumuz vəziyyətlə bağlı olaraq bir çox Latın Amerika ölkəsindən də dəstək alırıq. Cəsur (Xuan Guaido) bir adamdır və etdikləri də cəsarətli şeylərdir" deyib.
Müxalifət.az