Trampdan Türkiyəni qəzəbləndirəcək qərar!

Baxış sayı:
8338

 ABŞ prezidenti Donald Tramp 2019 maliyyə ili xərclərinə yönəlik torba qanununu imzalayıb. Təsdiq olunan torba qanuna görə, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini aldığı təqdirdə 1 noyabr 2019 tarixinə qədər F-35 döyüş təyyarələrinin alışını dayandırır.
 
"ABŞ-ın Düşmənlərlə Sanksiyalarla Mübarizə Etmə Qanunu" çərçivəsində hazırlanan torba qanununda yer alan maddə daha əvvəl 2019 büdcə layihəsindən son saniyədə çıxarılmışdı. Ancaq dünən imzalanan qanun yenidən araşdırılarkən bu maddənin təkrar əlavə olunduğu görünür. Bu təsdiq edilən qanun layihəsinə görə, ABŞ Xarici İşlər Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri idxalına qarşı ümumi bir hesabat hazırlayacaq. Hesabatda, bu sistemlərin alınmasının nə kimi təhdidlər yaradacağı və nə mənaya gəldiyi müzakirə olunacaq. Hesabatın 1 noyabr 2019-a qədər hazırlanması tələb edilərkən, həmçinin o tarixə qədər də Türkiyəyə F-35-lərin təhvil verilməsinin dayandırılması yer alır.
 
 
TÜRKİYƏ ÜMUMİLİKDƏ 116 ƏDƏD F-35 SİFARİŞİ VERİB
 
 Hazırda Türkiyənin cəmi 116 F-35 sifarişi var. Türk Hava Qüvvələrinə aid 3 və 4 nömrəli təyyarələrin təhvili üçün isə 2019-u mart ayı müəyyənləşdirilmişdi. 116 ədəd F-35-in 16-sı Dəniz Qüvvələrində istifadə edilməsi planlaşdırılan və şaquli eniş edə bilən F-35b-dir.
 
TORBA QANUNUN QƏBUL OLUNDUĞU TARİX DİQQƏTÇƏKİCİDİR
 
 Trampın qanun layihəsini təsdiq etdiyi tarix isə diqqət çəkicidir. Rusiya ötən günlərdə S-400 təhvilinin yay aylarından sonra olacağını açıqlayıb. Bu açıqlamadan sonra başda ABŞ vitse-prezidenti Mayk Pens və ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Bailey Hatçinson olmaqla, bir çox Amerikalı rəsmilər, təkrar S-400 üzərindən Türkiyəyə təhdidlər sovurdu. ABŞ-ın 1 noyabr tarixinə qədər satışı təxirə salması onun işarəsi ola bilər. Türkiyə sentyabr-oktyabr kimi və ya daha əvvəl bir tarixdə S-400-ləri təhvil alsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiya tətbiq etmək üçün vaxt qazandırmış olacaq və "Türkiyəyə qarşı nələr edə bilərik” mövzusunda əllərini gücləndirmiş olacaq.
Müxalifət.az