Trampdan S-400 açıqlaması

Baxış sayı:
3685

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın G-20 Liderlər Zirvəsi çərçivəsində görüşü başlayıb. Görüşdən əvvəl Tramp S-400 mövzusunda açıqlama verib.
 
"TÜRKİYƏYƏ ƏDALƏTLİ DAVRANILMADI"
 
ABŞ prezidenti Tramp "S-400 mövzusuna baxırıq. Türkiyənin “Patriot”ları almasına icazə vermədilər, Obama rəhbərliyi icazə vermədi, bu səbəblə başqa raket almaq məcburiyyətində qaldılar. Məncə Türkiyəyə ədalətli davranılmadı. S-400 mövzusu qarışıq bir mövzudur. Fərqli həllər axtarırıq. Türkiyəyə qarşı ədalətli olmaq məcburiyyətindəsiniz" deyib.
Müxalifət.az