Trampdan Ərdoğana təşəkkür
30-05-2019 18:11
Baxış sayı:
6838

ABŞ prezidenti Donald Tramp ABŞ vətəndaşı NASA əməkdaşı Serkan Kölgəni azad etməsiylə əlaqədar olaraq dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
ABŞ prezidenti Donald Tramp bununla bağlı Ağ Evin bağçasında jurnalistlərə qısa bir açıqlama verib.
FETÖ-ya bilərək və istəyərək yardım etmək cinayətindən dolayı 4 il 12 ay həbs cəzası verilən Serkan Kölgənin sərbəst buraxıldığını açıqlayan Tramp, "Hörmətli Ərdoğana təşəkkür edirəm. Bu mövzunu danışmışdıq" deyib.
Qeyd edək ki, Kölgə həbs olunmadan əvvəl NASA-nın Mars proyektində vəzifə yerinə yetirirdi.
Müxalifət.az