Trampdan Qüds qərarı: Ağ Evdən yeni AÇIQLAMA GƏLDİ
11-05-2018 17:59
Baxış sayı:
4348

ABŞ prezidenti Donald Tramp mayın 14-də Qüdsdə səfirliyin açılışına getməyəcək.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
Prezident toplaşanlara video-yayımla müraciət edəcək.
ABŞ-ın nümayəndə heyətinə Dövlət katibinin müavini Con Sallivan rəhbərlik edəcək. Tədbirdə ABŞ-ın İsraildəki səfiri Devid Fridman, iqtisadiyyat naziri Stiven Mnuçin, prezident köməkçiləri Kared Kuşner, İvanka Tramp və Ceyson Qrinblat da iştirak edəcək.
Qeyd edək ki, Donald Tramp ötən ilin dekabrında səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib.