Trampdan maraqlı “F-35 və S-400” açıqlaması

Baxış sayı:
4129

ABŞ prezidenti Donald Tramp G-20 zirvəsindən sonar mətbuat konfransı keçirib. Açıqlamasında Tramp S-4—və Türkiyəyə satılacaq F-35 təyyarələri məsələsinə də toxunub:
 
"Müdafiə olunmaları üçün S-400-lərə ehtiyacları vardı. Sonra Rusiyaya getdilər və S-400 aldılar. Çünki məndən əvvəlki sələfim olan rəhbərlik “Patriot” satın almalarına icazə vermədi, özü də müttəfiqimiz olmasına və böyük ordusu olmasına baxmayaraq. Türkiyənin əsgərləri son dərəcə güclüdür və İdlibdə birlikdə işləyirik.
Çox yaxşı anlaşırıq Türkiyə ilə. Heç ədalətli deyildi, “Patriot” almaq istədi, amma Obama “yox” dedi. Davamlı “yox” dedilər. Hansı ki, müdafiəyə ehtiyacı vardı. Sonra Rusiyaya getdilər S-400 aldılar. Çünki “Patriot” almasına icazə vermədilər. Məndən əvvəlki rəhbərlik bunu satın almasına icazə vermədi.
 
PULUNU ÖDƏDİYİ TƏYYARƏLƏRİ İSTƏYİRLƏR
 
Bunun o qədər də yaxşı olmadığını düşünürəm. Çox pul verdilər, müqavilə bağlayıb aldılar. Bizim ölkəmizdən getdilər, dedilər ki "Bunu istifadə etmənizi istəmirik. Bizə yaxşılıq edin, biz sizə “Patriotları” satacağıq". Çox gec oldu, artıq onda sistem satın almışdı. Bu vaxt 116 dənə də F-35 satın aldı. Və daha da almaq istəyirlər. İndi də pulunu ödədiyi təyyarələrin təhvil verilməsini istəyir.
İndi xəbər yazacaqlar ki, "Son dəqiqə… Tramp Türkiyəni sevir". Xeyr, mən ölkəmizi sevirəm, amma bunu söyləmək məcburiyyətindəyəm. Ərdoğana haqsızlıq edildi. Prezident Ərdoğan bilirsiniz Rahib Brunsonu geri verdi.
Ərdoğan mənim baxış bucağımdan da olduqca çətin adamdır. Amma ona ədalətsiz davranıldığını düşünürəm. Çünki “Patriot” ala bilməzsən” dedik və başqa sistem alındıqdan sonra fikirimizi dəyişdirdik. Kompleks bir mövzudur. Üzərində çalışırıq".
Müxalifət.az