Trampdan İran açıqlaması: Hazır deyilik

Baxış sayı:
8551

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Abe Şinzo-nun İran ziyarətindən məmnuniyyət duyduğunu, ancaq İranın və ABŞ-ın bir müqavilə bağlamaq üçün hazır olmadığını açıqlayıb.
 
Prezident Tramp rəsmi Twitter hesabından Yaponiyanın baş naziri Abe-nin İran  ilə ABŞ arasındakı gərginliyin azaldılması və Orta Şərqdə sabitliyin təmin edilməsi üçün Tehrana etdiyi səfərlə bağlı açıqlama verib.
Abe-nin İran lideri Ayetullah Əli Xamneyi ilə görüşmək üçün İranda  olmasından məmnuniyyət duyduğunu ifadə edən Tramp, "Şəxsən (ABŞ ilə İran  arasında) bir müqavilə bağlamağı düşünmək üçün erkən olduğunu hiss edirəm. Nə onlar, nə də biz buna hazır deyilik" deyə qeyd edib.
Tramp daha sonra Xarici İşlər naziri Mayk Pompeonun Əmman Körfəzində Yaponiyaya gedən iki neft tankerinə edilən hücumlara bağlı etdiyi, "Əlimizdəki kəşfiyyat məlumatlara, hücumu təşkil etmək üçün istifadə edilən silahlara  və peşəkarlığa baxdığımızda İranın məsul olduğunu görürük" açıqlamasının yer aldığı videonu tweet atıb.
 
Abe-nin İran ziyarəti və Əmman Körfəzindəki hücumlar
 
Qeyd edək ki, Yaponiya baş naziri Abe İran ilə ABŞ arasındakı gərginliyin azaldılması  və Orta Şərqdə sabitliyin təmin edilməsi üçün Tehrana səfər etdiyini açıqlamışdı.
İran hökumətinin sözçüsü Əli Rebii də etdiyi açıqlamada, tankerlərin  hücuma uğramasından narahatlıq duyduğunu ifadə edərək bölgə ölkələrinə  "qeyri sabitlikdən faydalanan ətrafların oyununa gəlməmələri" xəbərdarlığını edib.
Qeyd edək ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşige Seko Yaponiyaya yük daşıyan iki neft tankerinin Hörmüz Boğazı yaxınlarında hücuma uğradığını bəyan etmişdi.
Yaponiyanın baş naziri Abe Şinzo gəmilərə hücum xəbərini aldığı zaman  İran lideri Xamneyi ilə görüşürdü.
Müxalifət.az