Trampdan Çinə DAHA BİR ZƏRBƏ - Oktyabrın1-dən...

Baxış sayı:
3985

ABŞ Prezidenti Donald Tramp ABŞ hakimiyyətinin Çindən gələn malların üzərinə tətbiq edilməsini planlaşdırdığı rüsumların artırılması barədə qərar qəbul etdiyini söyləyib.
Muxalfet.az xəbər verir ki, bunu D.Tramp öz "Twitter" səhifəsində yazıb.
ABŞ prezidenti bildirib ki, bu rüsumlar Pekinin Amerika avtomobillərinə və hissələrinə idxal rüsumlarının artmasına cavab olaraq tətbiq edilir:
"Oktyabrın 1-dən etibarən Çindən hazırda 25% vergi tutulan 250 milyard dollarlıq mallardan 30% vergi tutulacaq. Bundan əlavə, sentyabrın 1-dən etibarən Çinin 10% tariflərinə tabe olacaq qalan 300 milyard dollar dəyərində məhsula indi 15% tarif tətbiq ediləcək"./trend