Trampdan Çinə böyük jest: İcazə verildi...
29-06-2019 22:05
Baxış sayı:
4126

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə görüşdən sonra ABŞ şirkətlərinə "Huavey"lə ticarət əlaqələrinə icazə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Biznes İnsaydr" yayıb. Məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Tramp çətin olmasına baxmayaraq, ölkəsinin şirkətlərinə əməkdaşlıq üçün icazə verdiyini açıqlayıb. O, sanksiyalar səbəbindən yalnız bəzi şirkətlərin "Huavey"lə ticari münasibətlər quracağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp “Huavey”lə ABŞ şirkətlərinin əməkdaşlığını qadağan etmişdi.