Trampa qarşı ŞOK İTTİHAM: Ağ irqin üstünlüyü...

Baxış sayı:
3715

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden dövlət başçısı seçilməsi halında, irqçilik və Amerikada bərabərsizliyin digər təzahürləri ilə mübarizə aparacağına söz verib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Bayden bu haqda Çikaqoda çıxışında bildirib.
“Mən ürəkdən bütün həyatı boyu mübarizə apardım ki, insan və səsvermə hüquqlarına hər yerdə riayət edilsin. Bu hüquqları ştatlar müəyyən etməməlidir, bu, federal hokümətin vəzifəsidir, bu, konstitusiya məsələsidir, hər bir amerikalının vətəndaş hüquqlarının müdafiəsidir. Və bu, həmişə mənim mövqeyim olub”, -Bayden deyib.
O, prezident Donald Trampı nifrəti və ayrı-seçkiliyi təşviq etməkdə, ağ irqin üstünlüyü ilə bağlı zəhərli ideologiyanı həvəsləndirməkdə ittiham edib.