Trampa görə neft 100 dollara qalxacaq
6-07-2018 09:45
Baxış sayı:
5119

Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın fəaliyyətləri ucbatından 100 dollara qədər bahalaşa bilər.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın OPEK-dəki rəsmi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili deyib.
“Neftin bahalaşmasının məsuliyyətini ABŞ daşıyacaq. Qiymət artımı Trampın İranı dünya bazarlarına buraxmamasıyla bağlı olacaq. Onun sayəsində dünyadakı bütün istehlakçılar neftə layiq olmadığı qiyməti ödəyəcəklər”, - o bildirib.