Tramp yenə sözünə naxələf çıxdı: Senatorlara məğlub oldu

Baxış sayı:
25660

ABŞ prezidenti Donald Tramp Konqresin bir qrup senatorunun Suriyada əsgər saxlanılmasına yönəlik məktubunun üüzərinə "Yüz faiz razıyam. Hamısı yerinə yetirilir" deyə qeyd yazıb.
 
 Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehemin rəhbərliyi altında bir qrup senator tərəfindən imzalanan və 22 fevralda Ağ Evə göndərilən məktubun üzərinə Trampın əl yazısı və imzası ilə yazdığı qeyd ABŞ-ın “NBC News” kanalının əlinə keçib.
Donald Tramp ABŞ-ın Suriyada əsgər saxlaması və Avropa ölkələrinin də əsgər göndərərək bu səylərə dəstək verməsini məmnuniyyətlə qarşıladıqlarını ifadə etdikləri məktubdakı "Sizin kimi biz də İŞİD-ın təkrar geri qayıtmaması, İranın cəsarətlənməməsi kimi Suriyadakı nailiyyətlərimizi itirməmək, nailiyyətlərimizi möhkəmləndirmək və Cenevrədən ABŞ mənfəətləri üçün ən yaxşı nəticənin çıxmasını təmin etmək üçün çalışırıq" İfadəsini mötərizə içinə alıb.
Tramp məktubun üzərində isə imzası ilə birlikdə "Yüz faiz razıyam. Hamısı yerinə yetirilir" deyə qeyd yazıb.
Müxalifət.az