Tramp yenə MƏĞLUB OLDU
28-09-2017 18:45

ABŞ prezidenti Donald Trampın inqilabi qərar kimi dəyərləndirilən səhiyyə layihəsi Senatda qəbul edilməyib.
Layihə kifayət qədər dəstək almadığından respublikaçılar tərəfindən geri çəkilib.
Tramp hökuməti keçmiş ABŞ prezidenti Barak Obamanın dövründə qəbul edilən “Obamacare”ni ləğv etmək üçün uzun müddətdir ki, mübarizə aparırdı.
Lakin onun irəli sürdüyü alternativ layihə də senatorlar tərəfindən kifayət qədər dəstək almayıb.