Tramp Türkiyəni tənqid etdi: ONU AZAD EDƏCƏYİK

Baxış sayı:
7024

ABŞ prezidenti Donald Tramp, Türkiyədə məhbus olaraq cəzasını çəkən keşiş-casus Brunsona “Səni azad edəcəyik” mesajı göndərib və Türkiyəni tənqid edib.
 
ABŞ prezidenti Donald Tramp, 2016-cı il oktyabr ayından bəri FETÖ və PKK ilə əməkdaşlıq və casusluq fəaliyyəti üçün Türkiyədə məhbus olaraq mühakimə olunan keşiş-casus Endryu Kreyq Brunsona görə, bir daha müraciət edib.
 
AĞ EVDƏ DANIŞDI
 
Venesuelanın MKİ-nin casus olduğu üçün həbs edib, 2 il sonra sərbəst buraxdığı Amerikalı missioner Coş Holtu Ağ Evdəki Oval Ofisdə qarşılayan Tramp, kameraların qarşısında, Vaşinqton-Ankara münasibətlərindəki gərginlik səbəblərindən birinə çevrilən ABŞ-lı keşiş-casus Brunson barədə də açıqlamalar verib.
 
PENS ÜÇÜN ÇOX HƏSSAS MƏSƏLƏ
 
Tramp, vitse-prezident Mayk Pensin Evangeliya təriqəti mənsubu olduğu üçün xüsusilə sərbəst buraxılmasını istədiyi Brunson üçün mübarizə apardığını dilə gətirib.
 
CASUS DEYİRLƏR, LAKİN DEYİL
 
“Bizim keşiş Brunsonumuz var, ecazkar bir Xristian keşişdir, Türkiyədədir. Uzun zamandır oradadır. Onun bir casus olduğunu deyirlər, amma o casus deyil” - deyə, Tramp belə davam edib:
 
KEŞİŞƏ SƏSLƏNDİ: SƏNƏ YARDIM EDƏCƏYİK
 
“Keşiş Brunson, ümid edirəm ki, bizi eşidir, hansısa məqamda sizə kömək edəcəyik. Bunun üzərində uzun zamandır çalışırıq. O uzun zamandır oradadır və o, tamamilə günahsız bir adamdır. Hamı birlikdə çalışacağıq və buraxılması üçün çalışırıq. O çətin zamanlar keçirir”.
Müxalifət.az