Tramp Türkiyə ilə ticarət səviyyəsini yüksəltdi

Baxış sayı:
3616

Türkiyə prezidenti Ərdoğan ilə ABŞ prezidenti Tramp G-20 Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib. ABŞ prezidenti bu görüşdə çox əhəmiyyətli açıqlama verib.
 
Tramp G-20 Liderlər Zirvəsi çərçivəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkrar bir araya gəlməkdən çox məmnun olduğunu söyləyib.
 
100 MİLYARD DOLLARDAN ÇOX OLMALIDIR
 
Türkiyənin NATO üzvü olduğunu xatırladan Tramp, "Türkiyə ABŞ-ın dostudur və birlikdə möcüzə işlər etdik və böyük ticarət ortağımızdır. Bunu daha da böyüdəcəyik. İkili ticarət həcmi 75 milyard dollar çox azdır. 100 milyard dollardan daha çox olması lazımdır" deyib.
Müxalifət.az