​Tramp son qərarını açıqladı: Kim Çen İnlə görüşürəm...

Baxış sayı:
6535

Şimali Koreya lideri Kim Çen İnlə 12 iyunda Sinqapurda görüşəcəyəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, Pxenyana qarşı artıq maksimum təzyiq siyasəti yürütmək istəmədiklərini bildirib:
“Baş tutacaq sammitin uğurla nəticələnəcəyinə ümid edirik”.
Qeyd edək ki, bundan öncə Tramp görüşdən imtina etdiyini Tvitter səhifəsindən paylaşmış, səhərisi gün isə "görüş mümkündür" mesajını vermişdi.