​Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Baxış sayı:
3034

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların 1 il müddətinə uzadılması haqqında fərman imzalayıb.
Muxalifet.az ABŞ KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ hökumətinin 6 mart, 16 mart, 20 mart və 19 mart 2014-cü il tarixlərində qəbul etdiyi sanksiyalar Ukraynanın cənub-şərqindəki vəziyyətlə əlaqədar tətbiq olunub. Tramp belə bir nəticəyə gəlib ki, sanksiyalar 6 mart 2018-ci ilə kimi qüvvədə qalmalıdır.
Xatırladaq ki, ABŞ, Avropa İttifaqı və bir sıra başqa dövlətlər,2014-cü ildə Krımın Rusiya Federasiyasının tərkibinə ilhaq edilməsindən sonra, daha sonra isə Şərqi Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülər qəbul edib. Rəsmi Moskva buna cavab olaraq anti-Rusiya siyasətini dəstəkləyən ölkələrin əksəriyyətindən ərzaq idxalına qadağa qoyub.