Tramp Ərdoğana “çətin adamdır”' demişdi: Cavab gəldi

Baxış sayı:
9244

G-20 zirvəsindən sonra jurnalistlərin suallarını cavablayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Trampın onun üçün söylədiyi 'çətin adamdır' sözlərinə də münasibət bildirib.
 
Ərdoğan Trampla etdiyi görüşdə, Trampın onun üçün 'çətin adamdır' ifadəsinə yönəlik "Bazarlıqda çətin adamamsa, əslində bu yaxşı bir şeydir. Tramp bəzi şeyləri ifadə edərkən düşündüyünün arxasında bir şeylər gizlətmir. Məsələn, bu gün mətbuata etdiyi açıqlamada, S-400 ilə əlaqədar çox açıq, dəqiq, dürüst ifadələr işlətdi. Mən də dedim ki, "Mən də sizi bu yönünüzlə sevirəm" Çünki öz yoldaşları, qrupu oradadıydılar. Qrupun içərisində bəlkə bu işin əleyhinə olanlar da var. Bu xüsusiyyəti həqiqətən çox fərqlidir. Bunları bu şəkildə izah etməsi də təqdirə layiqdir. Obamaya deyir ki, "Bu prosesi sən bu vəziyyətə gətirdin. Sən əgər “Patriot”ları vermiş olsaydın bu gün belə bir vəziyyət olmayacaqdı. Amma sən vermədin. Konqres dedin, o dedin, bu dedin, işi bura qədər sürüdün. Bu anda da ədalətli davranmağa məcburuq" açıqlamasını verdi.
Müxalifət.az