Tramp-Ərdoğan arasındakı danışıqdan sonra ABŞ-dan “Suriya” açıqlaması

Baxış sayı:
10465

Ağ Ev ABŞ-ın Suriyadan çəkilməsindən sonra "sülhü qoruma" məqsədi ilə təxminən 200 əsgərin bir müddət daha bu ölkədə qalacağını bildirib.
 
Ağ Ev sözçüsü Sarah Sanders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon söhbətindən qısa müddət sonra ABŞ-ın Suriyadan çəkilmə prosesilə bağlı yazılı açıqlama verib.
Sanders açıqlamasında, "Təxminən 200 əsgərdən ibarət sülhü qoruma funksiyalı kiçik bir qrup Suriyada hələ bir müddət qalacaq" deyə qeyd edib.
 Mövzu ilə bağlı başqa bir detal verməyən Sanders-in açıqlamasının Ərdoğan-Tramp danışığından dərhal sonra verilməsi diqqəti çəkib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında etdiyi açıqlamada, Suriyada İŞİD terror təşkilatının demək olar ki, tamamilə məğlub edildiyi vəziyyətə gəldiyini və artıq Amerika hərbçilərinin bu ölkədən çəkiləcəyini ifadə etmişdi.
Müxalifət.az