Tramp prezidentliyə namizəd rəqiblərini tənqid etdi

Baxış sayı:
11698

ABŞ prezident Donald Tramp qeyri-qanuni immiqrantlara sərhədsiz sağlamlıq sığortası haqqı verməyi vəd edən demokratlardan prezidentliyə namizədləri topa tutub. Demokratların namizədləri prezident seçildiyi təqdirdə ölkədəki qeyri-qanuni immiqrantların sağlamlıq xərclərini ödəyib ödəməyəcəkləri sualına 10 demokrat namizədin müsbət cavab verməsindən sonra tvitter hesabından paylaşma edən Tramp, "Bütün Demokratlar əllərini milyonlarla qeyri-qanuni immiqranta sərhədsiz sağlamlıq haqqı vermək üçün qaldırdı. Yaxşı, ya Amerikan vətəndaşlarının haqqarı necə olacaq" deyə qeyd edib. Tramp demokratların ödənişsiz universitet təhsilindən, sağlamlıq sisteminə, ödənişsiz evdən, avtomobilə bir çox şeyin vədini verməsini tənqid edərək "Buyurun baxın, artıq kimsənin işləməyə ehtiyac yoxdur! Hər kəs hər şeyi pulsuz alacaq. Çox maraqlıdır!" deyə yaylaşmasında bildirib. Müxalifət.az