Tramp ölkədə fövqəladə vəziyyət ELAN ETDİ

Baxış sayı:
10642

ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders Tvitter mikrobloqunda yazıb.
“Prezident cənub sərhədində humanitar böhranla bağlı sənədi imzaladı”, - deyə Sanders bildirib.
Qeyd edək ki, cənubdan kütləvi miqrant axınından dolayı Meksika-ABŞ sərhədində gərgin vəziyyət hökm sürür.