Tramp KXDR lideri ilə görüşəcəkmi? - ABŞ-dan AÇIQLAMA

Baxış sayı:
12016

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ilə görüşləri hələ planlaşdırmır.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib.
Şimali Koreyanın həyata keçirdiyi son raket sınaqlarını təxribat adlandıran diplomat bunun danışıqlar üçün yaxşı addım olmadığını deyib.
“Biz Şimali Koreyanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - o qeyd edib.
Qeyd edək ki, daha öncə KXDR-in xarici işlər nazirinin müavini Soy Son Hi ölkəsinin sentyabrın sonunda ABŞ-la danışıqları yeniləməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 2018-ci il iyunun 12-də ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında birinci görüş olub. Tərəflər münasibətlərin normallaşması və KXDR-in denuklearizasiyası üzrə ölçülər haqqında razılaşıblar. 2019-cu ilin fevralında Hanoyda keçirilən ikinci görüş nəticəsiz başa çatıb. Bundan sonra isə onlar qısa müddətdə KXDR ilə Cənubi Koreyanın sərhədində görüşüblər. Tramp Cənubi Koreyadan KXDR-in ərazisinə addım atmış ABŞ-ın birinci prezidenti olub.