​Tramp açıqladı: Kim Çenə inanıram...

Baxış sayı:
5323

Kim Çen İnin Koreya yarımadasının denuklarizasiyası ilə bağlı cəhdlərinə inanıram.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən ona inanıram. O da mənə inanır. Lakin mümkündür ki, mən bir ildən sonra deyim ki, səhv etmişəm. Bu, hər zaman ola bilər. Bir çox şeylər zamanla dəyişə bilər”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bu gün Sinqapurda tərəflər arasında görüş baş tutub.