Tramp 64 yaşlı diplomatı Türkiyəyə səfir təyin etdi

Baxış sayı:
11452

ABŞ Senatı Devid Satterfildin Türkiyə səfiri postuna namizədliyini təsdiqləyib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ankaradakı səfirliyinin tvitter mikrobloqunda məlumat verilib.
“Dünən gecə ABŞ Senatı səfir Devid Satterfildin ABŞ-ın Ankaradakı səfiri postuna namizədliyini təsdiqlədi. Onu qarşılayacağımız günü səbrsizliklə gözləyirik”, - deyə məlumatda vurğulanıb.
Bu məqamda bildirək ki, 64 yaşlı D. Satterfild 2017-ci ildən bugünə qədər ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi  işləyir.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki sonuncu səfiri Con Bass olub. O, ABŞ və Türkiyə arasındakı viza böhranı zamanı geri çağırılıb.