"Traktor" Mustafa Dənizliyə tapşırıldı
13-06-2019 20:25
Baxış sayı:
8419

İran Premyer Liqasında çıxış edən "Traktor" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, Təbriz təmsilçisi türkiyəli Mustafa Dənizliyə tapşırılıb. 70 yaşlı mütəxəssis son olaraq ölkəsində "Kasımpaşa" klubunda çalışıb.
Qeyd edək ki, Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. O, İranın "Persepolis" və "PAS Tehran" komandalarına da rəhbərlik edib.