​Tiflisdə güclü yanğın: AZƏRBAYCANLILARIN OBYEKTLƏRİ...

Baxış sayı:
8359

Ötən gecə Tiflisdə güclü yanğın baş vermiş “Terqi” ticarət mərkəzində bir neçə ticarət obyekti yerli azərbaycanlılara məxsusdur.
APA-nın məlumatına görə, Telavidən olan azərbaycanlılar mərkəzin aşağı mərtəbəsində göyərti və tərəvəz satışı ilə məşğul olurlar. Yanğın ticarət mərkəzinin yuxarı mərtəbələrində baş verdiyinə görə, aşağı mərtəbələrə ziyan dəyməyib.
Hadisə ilə əlaqədar ticarət mərkəzi və ona yaxın topdan və pərakəndə satış obyektləri bağlanıb. Azərbaycanlılar da daxil olmaqla, ticarət obyektlərinin sahibləri mərkəzə buraxılmırlar. Hazırda 20-yə yaxın yanğınsöndürmə maşını hadisə yerindədir. Ticarət mərkəzi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. İnsidentlə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, yanğın nəticəsində 3 min kv. metrə yaxın sahə yanıb. Xəsarət alan yoxdur. Yanğının səbəbi hələlik məlum deyil.