Təhsil naziri qadın müəllimin ölümü ilə bağlı başsağlığı verdi

Baxış sayı:
9706

"Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir".
Bu sözləri nazir Ceyhun Bayramov feysbuk səhifəsində qeyd edib.
Təhsil naziri əlavə edib ki, rəhbərlik mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.