Terrorçuların yaraladığı anasını 6 saat BELİNDƏ DAŞIDI

Baxış sayı:
3649

Afrinin qərbindəki Cinderes mahalında ailəsiylə terror təşkilatı PYD/PKK-dan qaçan Dalal Kerduş, terrorçuların açdığı atəşlə kürəyindən yaralanan 80 yaşlı anasını kilometrlərlə belində daşıyıb.
 
Oğlunun kürəyində 6 saat Türkiyənin Reyhanlı sərhədinə gələn yaşlı qadın, sığındığı Türkiyədə dərhal xəstəxanaya yerləşdirilərək müalicəyə başlanılıb Yaşlı qadının oğlu Kerduş, "Türkiyəyə qarşı döyüşməyimiz tələb olundu. Bizlər istəmədik deyə, təzyiq gördük. Piyada Cinderesi tərk etdik. Anam, PYD/PKK-lı terrorçuların açdığı atəşlə yaralanıb" deyə, bildirib.
Müxalifət.az