Terror təşkilatları PKK və İŞİD razılaşdı: Gözlər ABŞ-da!

Baxış sayı:
6649

 Terror təşkilatı YPG/PKK ABŞ-ın dəstəyi ilə Fərat çayının şərqindəki İŞİD işğalında olan bütün ərazilər hamısını işğal edib. Beləliklə, ABŞ-ın YPG/PKK-nı dəstəkləmə bəhanəsi də ortadan qalxmış oldu.
 
Yerli mənbələrdən alınan məlumata görə, YPG/PKK və ABŞ, Suriya-İraq sərhədindəki Deyrizor rayonunun Bagoz mahalında qalan son İŞİD-çı qrupla axşam saatlarında anlaşmaya varıb.
Bagoz mahalının mərkəzindən kənarda qalan bağlar və düşərgə sahələrində müqavimət göstərən təxminən 500 İŞİD-çı təslim olmağı qəbul edib. İŞİD-çıların yaxın saatlarda silahlarını buraxaraq olduqları yerdən çıxarılması gözlənilir.
Digər tərəfdən, gündüz saatlarında Bagoz mahalından qadın və uşaqlardan ibarət olan əhalinin çıxışı davam edib.
 
BƏHANƏSİ QALMADI
 
 Bu gəlişməylə Fərat çayının şərqində yer alan son bölgənin demək olar ki, hamısı terror təşkilatı YPG/PKK işğalına girdi.
 Beləliklə, 2014-cü ildə İŞİD əleyhinə koalisiya damı altında Suriya vətəndaş müharibəsinə daxil olan ABŞ-ın Suriyada və YPG/PKK-lı terrorçulara dəstək vermək üçün bəhanəsi qalmadı.
Müxalifət.az