Terror təşkilatının lideri komaya düşdü - Türkiyədə xəstəxanadadır
20-02-2019 10:15
Baxış sayı:
7489

"Hayat Təhrir əş-Şam" ("Cəbhat ən-Nusra") terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani başından qəlpə yarası alıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə türk mənbə bildirib. Suriyanın İdlib şəhərində baş vermiş partlayış nəticəsində ağır yaralanan terrorçu Hatay vilayətinin Antakya şəhərində dövlət xəstəxanasına yerləşdirilib.
Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır.