Terror təşkilatı YPG-dən ETİRAF: ÇƏKİLİRİK

Terror təşkilatı PKK-nın Suriya qolu YPG, hərbi müşavirlər adlandırdığı terrorçuların Münbiçdən çəkilmə qərarı aldığını bildirib.
ABŞ ilə Türkiyənin apardığı danışıqlar nəticəsində razılaşdıqları anlaşmadan sonra açıqlama verən terror təşkilatı YPG, Fəratın qərbindəki Menbiçdən ayrılacaqlarını rəsmən açıqlayıb.
Fransız xəbər agentliyi AFP-nin yaydığı son dəqiqə məlumatına görə, terror təşkilatı PKK-nın Suriya davamı YPG-nin, Menbiçdəki hərbi müşavirlərinin şəhərdən çəkilmə qərarı aldığını bildirib.
SABAH SƏHƏR REGİONU TƏRK EDƏCƏKLƏR
ABŞ ilə aparılan Münbiç danışıqlarından sonra terror təşkilatı YPG-nin yüksək vəzifəli 17 rəhbərinin sabah səhər 06.00 etibarilə bölgəni tərk edəcəyi bildirilib.
BÖLGƏNİ TƏRK EDƏNLƏR QƏNDİLLƏ ƏLAQƏLİDİRLƏR
“Habertürk”-ün məlumatına görə, çəkilmə qərarı ABŞ-ın hərbi müşavirləri ilə təşkilatın yüksək səviyyəli rəhbərlərinin keçirdiyi toplantıdan sonra alınıb. Münbiçdən çəkiləcək 17 nəfərin, Qəndillə əlaqəli təşkilat mənsubları olduğu bildirilib.
AGENTLİK: YPG/PKK ÇƏKİLMƏ TƏBLİĞATINA BAXMAYARAQ, HƏLƏ DƏ MÜNBİÇDƏDİR
Anadolu Agentliyinin Münbiçdəki yerli mənbələrdən aldığı məlumatlara görə, YPG/PKK-lı terrorçular hələ də Münbiç rayon mərkəzi və ətrafında mövcuddurlar.
Müxalifət.az