Terror təşkilatı PKK haqqında “bomba” iddia!

Baxış sayı:
4204

 Terror təşkilatı PKK işğalda saxladığı İraq və Suriya sərhədindəki bölgələrdə silah ticarəti aparır.
 
İraq Mosulundakı Ərəb Tayfalarının sözçüsü Muzahim Əhməd El-Huveyt Anadolu Agentliyinə verdiyi açıqlamada, PKK-nın sərhəd bölgələrində varlıq göstərdiyini xatırladaraq, "PKK İraq ilə Suriya sərhəd bölgələrində ağır və yüngül silah ticarəti edir" deyə bildirib.
 Huveyt təşkilatın sərhəd bölgəsində mina və sursat alveri də etdiyini deyib.
Təşkilatın Mosulun Sincar rayonundakı fəaliyyətlərinə də toxunan Huveyt, "PKK Sincardan qaçırdığı gəncləri Suriyaya göndərərək zorla silah altına alır. Sincardan İraq ilə Suriya sərhədinə 250-dən çox gənc göndərildi" deyib.
İraqda əksəriyyəti Şiələrdən formalaşan Haşdi Şabi və PKK-nın əməkdaşlıq etdiyini deyən Huveyt, Haşdi Şabinin Mosulda xalqdan zorla aldığı malları Suriyada PKK/YPG-yə satdığını da iddia edib.
 
PKK XƏRAC TOPLAYIR
 
 İraqın Duhok şəhərində fəaliyyət göstərən Sincar rəhbərliyi Mehma Xəlil də təşkilatın silahla yanaşı, dərman və tibbi ləvazimat ticarəti də etdiyini, məhsulları Mosuldan alaraq Sincarda istifadə etdiyini bildirib.
Təşkilatın Sincar rayonunda camaatdan xərac aldığını da qeyd edən Xəlil, "PKK topladığı xəracı Suriyaya göndərərək döyüşçülər üçün istifadə edir" deyib.
Xəlil Sincardaki PKK varlığının bölgəyə zərər verdiyini təkrarlayaraq İraq orqanlarının təşkilatın rayondan çıxarılması üçün heç bir addım atmadığından gileylənib.
 
TERROR TƏŞKİLATI PKK-nın İRAQDAKI VARLIĞI
 
 Terror təşkilatı PKK 1980-ci illərin əvvəlində Livan və Suriya düşərgələrini bu gün varlıq göstərməyə davam etdiyi İraq-İran sərhədindəki Qəndil bölgəsinə daşımışdı.
İraqın devrilmiş lideri Səddam Hüseynin İraqlı kürd partiyalara qarşı təcavüzünü fürsət bilən PKK, sərhəd xəttində meydana gələn boşluğu 1990-a qədər işğalçılıq siyasəti ilə doldurdu.
İKBY-dəki hakim iki partiya: Kürdüstan Demokrat Partiyası və Kürdüstan Vətənpərvərlər Partiyası 1990-cı illərdə PKK ilə silahlı mübarizə apararaq təşkilatı bölgələrindən atmaq üçün cəhdlər göstərdi.
Terror təşkilatı 2014-ün avqust ayında İŞİD-ın Sincar rayonundakı yezidilərə hücum etməsini bəhanə edərək bu bölgədə də varlıq göstərməyə başladı.
İKBY başda olmaqla, bölgə xalqının bütün etirazlarına baxmayaraq PKK həm Sincar, həm də Qəndildəki fəaliyyətlərinə davam edir.
Müxalifət.az