​Temur Abazovun səlahiyyətlərinə xitam verildi

Baxış sayı:
4210

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəzifə səlahiyyətlərinə xitam verilib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, bu barədə rayon Sakrebulosunun növbədənkənar iclasında qərar qəbul olunub.
T.Abazovun istefası barədə ərizəsini vəkilləri fevralın 12-də Marneuli rayon rəhbərliyinə təqdim edib.
Ölkə qanunvericiliyinə əsasən, rayon rəhbərinin səlahiyyətlərinə fevralda xitam verilibsə, yeni icra başçısı seçkiləri həmin ilin may ayına təyin olunur.
Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk azərbaycanlıdır.