Taxtdan yapışan Vladimir Putin əbədi hökmranlıq yolunda... / TƏHLİL

Baxış sayı:
2663

Dəyişim ərəfəsindəki Rusiya siyasəti

Detallar çox da aydın deyil, amma onun konstitusiyaya dəyişiklik etmək niyyəti heç də geri çəkilmə strategiyasına oxşamır. Bəs, Vladimir Putin nə oyunu aparır? 

Bəlli olduğu kimi, yanvarın 15-də Rusiya prezidenti Kremlşünasları son dərəcə təəccübləndirdi. Federal Məclisə göndərdiyi mesajda Rusiya konstitusiyasına köklü dəyişikliklər və bu dəyişikliklərlə bağlı referendumun keçiriləcəyini elan etdi. BU sensasiyanın ardınca dərhal başqa bir sensasiya gəldi. Baş nazir Dmitri Medvedev bütün kabineti ilə birlikdə istefa verdi. Hələ ki, Medvedevin vəzifədən azad edilməsinin və az tanınmış texnokratla əvəz edilməsinin səbəbləri yeddi möhürün arxasında gizli qalır.
Nələr baş verdiyini anlamaq üçün sadə bir həqiqətlə başlayaq. Son 20 ildə Putin rejimi çox sayda insanın ölümünə səbəb oldu və çox milyard mənimsənildi. Buna görə də güman etmək olar ki, o gücdən heç vaxt könüllü imtina etməyəcək. Mövcud konstitusiyaya görə, Putinin səlahiyyət müddəti 2024-cü ildə başa çatdıqda artıq prezidentliyə namizəd ola bilməyəcək, çünki heç kim ardıcıl iki dəfədən çox prezident ola bilməz.

Bu səbəbdən hamı həmişə Putinin “sükanı əlində saxlamaq” üçün qaydaları tapdayacağını düşünürdü. Bu artıq bir dəfə baş verib. Onun ilk iki prezidentlik müddəti 2000 ilə 2008 arasında oldu. Konstitusiya məhdudiyyətlərinə görə Putin dörd il baş nazir oldu, Medvedev isə itaətlə prezident rolunu oynadı. 2012-ci ildə Putin qəflətən geniş səlahiyyətlər qazanaraq prezidentliyə qayıtdı və 2018-ci ildə yenidən ikinci müddətə seçildi. O vaxtdan bəri hər kəs yalnız bir şeylə maraqlanır: Putin 2024-cü ildə hansı vəzifəni tutacaq.
Bunu hələ bilmirik. Bir variant dəqiqdir ki, Putin hökumət başçısı postuna qayıdacaq. Onun çıxışında bunun lehinə arqument var. O, baş nazirin prezidentinn əvəzinə bütün kabineti təyin edə bilməsi üçün, bu posta daha geniş səlahiyyətlər vermək istədiyini söylədi (Putinə sadiq Vahid Rusiya partiyası tərəfindən idarə olunan parlamentdəki namizədlərin təsdiqi ilə). Başqa, daha ağlabatan variant da var. Putin Dövlət Şurası adlı az tanınmış, lakin nüfuzlu bir orqana rəhbərlik etməklə gücünü qoruya bilər. O çıxışında, Dövlət Şurasına perestroykanın bir hissəsi olaraq daha çox səlahiyyət və güc verilməli olduğunu söylədi.

Əslində detalların çox da əhəmiyyəti yoxdur. Rusiya demokratiya altında maskalanan diktaturadır. 
Putin seçki uğurunun çox hissəsini bir neçə illik iqtisadi artıma (korrupsiya, rəqabət qabiliyyətinin olmaması, neftin qiymətinin aşağı düşməsi və Krımın ilhaqından sonra 2014-cü ildə tətbiq olunan Qərb sanksiyaları), həmçinin populyar olan Sovet imperiyasını dirçəltmək siyasətinə borcludur. Ancaq bu qalibiyətin başqa, daha da vacib səbəbləri də var. Buna televiziyalara dövlət nəzarəti, məşhur müxalifət namizədlərinin seçkilərdə qeydiyyata alınmaması, cib müxalifətinin dəstəklənməsi, habelə ipə-sapa yatmayanların tutulması və mühakimə olunması daxildir. Siyasi rəqiblərin öldürülməsi hakimiyyət uğrunda mübarizədə rəqabətin inkişafına gətirib çıxarmır.
Putin prezident, baş nazir, Dövlət Şurasının başçısı və ya bric oyunçularının milli birliyinin fəxri sədri olacaqmı (bu vəzifədə Deng Xiaoping daha nüfuzlu postları tutmadan, Çini uzun illər idarə etdi) - bu demokratiyada olduğu qədər əhəmiyyətli deyil. Yeni konstitusiyanın sonda hansı formanı alacağını da heç kim bilmir. Putin, özündən əvvəl bir çox despot kimi, yeni konstitusiyanın onun hakimiyət müddətində hansı məhdudiyyətləri dəyişdirməsi barədə qərar verə bilər. Yaxud 2018-ci ildə Çində Si Tszinpin kimi hərəkət edə bilər: sadəcə vaxt məhdudiyyətini ləğv etmək (Putin bunu etmək istəmədiyini söyləyir). Si referendum keçirmək barədə heç düşünmədi, sadəcə Xalq Nümayəndələrinin ÜmumÇin Məclisi vasitəsilə ölkəni qeyri-məhdud müddətə idarə eməyə imkan verən dəyişikliklərdə təkid etdi və demək olar ki, buna yekdilliklə səs verildi (2.964 səsdən 2.959 səs). İlk prezidenti Nursultan Nazarbayevin keçən il istefaya getdiyi başqa bir modeli də Qazaxıstan təklif edir. Getməyinə getdi, amma hakim partiyanın lideri və "Millətin Lideri" titulunun sahibi olaraq qaldı.

ABŞ bir vaxtlar qaydaların belə iyrəncliklə pozulmasına qarşı çıxmışdı. Ancaq Donald Trampın rəhbərliyində o bunu edə bilmir. ABŞ prezidenti praktik olaraq diktatorlara heyranlığını gizlətmir. AB, Putinin taxt-taca necə yapışdığını görsə də, səsini çıxartmır. Böyüməkdə olan Çin Avropanı qorxudur və üstəlik də, ona qaz tədarük edən Rusiyadan asılıdır. Diktatorlar, Moskvadakı hadisələri maraqla izləyəcək, Putinin öz hakimiyətinin ömrünü necə uzatmaq mövzusunda faydalı ipuçlarını verəcəyini gözləyəcəklər. Diktaturaya əks olanlar isə yalnız ömürlük hakimiyyətdə olanların əbədi yaşamadıqları ilə özlərinə təsəlli verə bilərlər.
"The Economist"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az