Tanınmış türkiyəli aktyor vəfat etdi

Baxış sayı:
7969

Türkiyənin tanınmış aktyoru Aytaç Arman 70 yaşında vəfat edib. 
Bu barədə Hürriyet xəbər yayıb.
Ustad aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.O, bu gün müalicə aldığı İstanbul Onkologiya Xəstəxanasında dünyasını dəyişib. 
Onlarla bədii film, teleserial və tamaşalarda rol alan aktyor bir çox  nüfuzlu mükafatlara layiq görülüb.
Aytac Arman evliydi. Bir oğlu var. Aytac Arman Adanada dəfn ediləcək.