Tanınmış Nobel mükafatçısı dünyasını dəyişdi

Baxış sayı:
11338

Kimya üzrə Nobel mükafatçısı Keri Mullis 74 yaşında dünyasını dəyişib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, kimyaçının xanımı Nensi Kosqrouv jurnalistlərə açıqlamasında onun Nyuport-Biçdəki evində keçindiyini deyib. Mullisin ölümünə səbəb infarkt keçirməsi olub.
Qeyd edək ki, Mullis britaniyalı alim Mayk Smitlə birlikdə DNT analizinin sadə və asan metodunun açılışına görə 1993-cü ildə Nobel mükafatı alıb.