Talibanla razılıq əldə olundu: atəşkəs uzadıldı
16-06-2018 21:44
Baxış sayı:
3289

Əfqanıstan hökumətiylə Taliban arasında atəşkəs müddəti uzadılıb.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Prezidenti Əşrəf Qəni deyib. O, atəşkəsin nə qədər müddətə uzadıldığını bildirməyib.
Əfqanıstanın “Pajvak” agentliyi atəşkəsin qarşılığında 46 Taliban üzvünün Əfqanıstan hökuməti tərəfindən azadlığa buraxıldığını yazıb.
Qeyd edək ki, hökumətlə Taliban arasında razılaşma Ramazan bayramından öncə əldə olunub.