​Taksi sürücüsünə bıçaq çəkib, 9 manatını alanlara 24 il müddətinə həbs CƏZA KƏSİLDİ

Baxış sayı:
3970

Taksi sürücüsünə qarşı quldurluq edib 9 manat pul alan şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfova hökm oxunub. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2018-ci il fevralın 1-də baş verib. Onlar müştəri kimi əyləşdikləri taksi sürücüsünə qarşı quldurluq etməkdə günahlandırılırlar. Hadisə gecə saatlarında Abşeron rayon Xırdalan şəhərində baş verib. Sürücü Elxan Veyisov ''102'' zəng mərkəzinə məlumat verib.
Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb. Tərlan Şahkərimovun sözlərinə görə, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər.
Bir həyətdə kirayədə yaşayan Tərlan Şahkərimov, Murad Əşrəfov və Elvin Babayev taksi sürücüsündən aldıqları 9 manata ərazaq alıblar. Mobil telefon isə Tərlan Şahkərimovda qalıb.
Təqsirləndirilənlərdən Tərlan Şahkərimov və Murad Əşrəfov əvvəllər müxtəlif maddələrlə məhkum ediliblər.